Xankəndidə gizlənən separatçılar təşvişdə: onlar üçün qurtuluş yoxdur

Azərbaycana qarşı terror əməlləri törətmək üçün silahlı birləşmələrin tərkibini genişləndirmək planları quran qondarma rejimin keçmiş qondarma "dövlət naziri" Ruben Vardanyanın Laçın sərhəd buraxılış məntəqəsində həbs edilməsi digər separatçılar arasında təşvişə səbəb olub. Erməni mətbuatının verdiyi məlumatlara görə, separatçılar Xankəndidə gizlənirlər, lakin məlumdur ki, onların qurtuluşu yoxdur, digər separatçılar kimi onlar da Azərbaycana qarşı törətdikləri cinayət əməllərinə görə cavab verməli olacaqlar.

Məsələ ilə bağlı Trend-ə videomüsahibə verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, Azərbaycan Qarabağ məsələsini beynəlxalq qanunlar çərçivəsində ərazi bütövlüyü prinsiplərinə uyğun həll etdi.

"Nəhayət Azərbaycan tam suveren sərhədlərini bərpa etdi. Son 35 ildə azərbaycanlıların qanını tökmüş xunta rejiminin nümayəndələri artıq bir-bir həbs olunur. Elə onların içərisində Xocalıda soyqırım törədənlərdən biri Vaqif Xaçatryan Laçın keçid-buraxılış məntəqəsində həbs olundu. Ondan sonra isə Ruben Vardanyan Ermənistana keçmək istəyərkən həbs olundu. Bu gün isə Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib. Xankəndidə gizlənən digər terrorçular da bir-bir tutulub Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Bunun başqa yolu yoxdur", - deyə o, əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik: