https://news.day.az/azerinews/1652241.html Bakının iki rayonunda qaz olmayacaq Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Day.Az-a Azəriqaz İB-dən bildirilib.

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycanca, 15 апреля 2024 20:13 (UTC +04:00) 2 376
Bakının iki rayonunda qaz olmayacaq

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Day.Az-a Azəriqaz İB-dən bildirilib.

Aprelin 16-da saat 10:00-dan Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən 48 saylı yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və saat 09:30-dan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Süleyman Bağırov, Səməd Vurğun küçələrinin və 39\40-cı məhəllənin, eləcə də Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости