https://news.day.az/azerinews/1662195.html Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov KİMDİR? - DOSYE Xəbər verdiyimiz kimi, Fərid Mirmufid oğlu Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. Day.Az Unikal-a istinadən xəbər verir ki, o, Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov KİMDİR? - DOSYE

Azərbaycanca, 22 мая 2024 18:08 (UTC +04:00) 2 944
Prezidentin yüksək vəzifə verdiyi Fərid Seyidov

Xəbər verdiyimiz kimi, Fərid Mirmufid oğlu Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.

Day.Az Unikal-a istinadən xəbər verir ki, o, Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

Belə ki, Fərid Seyidov Gəncə Hərbi Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Respublika Hərbi Prokurorluğunda Ağır Cinayətlərə dair istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi olub. Bir müddət isə Qarabağ hərbi prokuroru vəzifəsini icra edib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Fərid Seyidov əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır.
 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости