Paşinyanı qapı-qapı gəzdirən prinsipial mövqe

Azərbaycanın prinsipial mövqeyi nəticəsində Qazaxın kəndləri azad olundu.

Bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.

Onun sözlərinə görə, bu, ölkəmizin üstünlüyünü göstərir.

"Biz buna 44 günlük müharibədə nail olmuşuq. Qaytarılan dörd kənd beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Ermənistanın baş naziri Nikol Paşinyan əlində xəritə kəndləri gəzərək, insanlara izah edirdi ki, bu kəndlər bizim deyil. Biz bu əraziləri Azərbaycana qaytarmalıyıq.

Ermənistanın daxilində bununla razılaşan və razılaşmayan qüvvələr var. Lakin bu, bizim problemimiz deyil. Azərbaycan öz gücünü ortaya qoyaraq, torpaqlarını döyüşsüz geri qaytardı. Bizim Ermənistan ərazisini ilhaq eləmək kimi niyyətimiz yoxdur. Bunu dəfələrlə bəyan etmişik", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Geniş videomüsahibəni təqdim edirik: