https://news.day.az/azerinews/1667938.html Bayram günlərində bu marşrut üzrə əlavə 12 qatar reysi təyin edilib "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə əlavə 12 qatar reysi təyin edib. Day.Az bu barədə ADY-yə istinadən xəbər verir.

Bayram günlərində bu marşrut üzrə əlavə 12 qatar reysi təyin edilib

Azərbaycanca, 13 июня 2024 15:28 (UTC +04:00) 873
Bayram günlərində bu marşrut üzrə əlavə 12 qatar reysi təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə əlavə 12 qatar reysi təyin edib.

Day.Az bu barədə ADY-yə istinadən xəbər verir.

Marşrut üzrə təyin edilmiş qatarlar 14, 15, 17, 18 və 19 iyun tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir istiqamətdə - Bakıdan Ağstafaya hərəkətdə olacaq.

Bununla yanaşı, 14 iyundan etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə müasir və komfortlu yeni "Stadler" qatarları hərəkətə başlayacaq. Sürətli qatarlar hər gün Bakıdan Ağstafaya saat 08:00 və saat 18:00-da, Ağstafadan Bakıya isə saat 08:20 və saat 18:20-də yola düşəcək. Həmçinin yeni qatarlara ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости