Qurban kəsmək kimlərə vacibdir?

Qarşıdan qurban bayramı gəlir. Bu bayramın əsas şərtlərindən biri də qurban kəsmək, maddi imkanı zəif insanları sevindirməkdir.

Bəs, kimlər qurban kəsə bilər? Qurban ətini kimlərə vermək məsləhətdir?

Xezerxeber.az-ın xəbərinə görə, ilahiyyatçı Ağa Hacıbəyli deyir ki, qurban əti ilk növbədə imkansız ailələrə verilməlidir.

Onun sözlərinə görə, qurban əti paylanarkən, müəyyən qaydalara riayət etmək lazımdır.

İlahiyyatçı deyir ki, borc alıb qurban kəsmək caiz hesab olunmur.

Ağa Hacıbəyli onu da qeyd edib ki, qurban əti veriləcək insanların müsəlman olması şərt deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.