Azərbaycan-Rusiya arasında əlaqələr sürətlə inkişaf edir - Azər Qarayev
Azərbaycan ilə Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasları mövcuddur.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib
Onun sözlərinə görə, ikitərəfli münasibətlər uğurla inkişaf etdirilir və bu əlaqələr ən yüksək və digər səviyyələrdə təmaslar, imzalanmış sənədlər və yol xəritələrinin həyata keçirilməsi nəticəsində möhkəmlənib.
"Nəqliyyat, energetika, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir.
Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının fəal işləyir və yaxın gələcəkdə Bakıda bu komissiyanın iclasının keçiriləcək".
A.Qarayev bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün nümunə təşkil edir. Azərbaycanın Rusiyaya qarşı olan münasibətlərinin müsbət təsirləri regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfə verir.
"Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr genişlənməkdədir".
Politoloq onu da əlavə edib, əlaqələr bundan sonrada inkişaf etdiriıəcək.
"Azərbaycan qonşu döblətlərıə hər zaman iqyisadi siyasi əlaqələr qurur və o cümlədən Rusiya ilə.
"Azərbaycan və Rusiya arasında münasibətlərin özünəməxsus özəlliklərə malik əsaslar üzərində formalaşmasında və bugünkü səviyyəyə yüksəlməsində hər iki ölkənin onilliklər ərzində vahid dövlətin tərkibində müttəfiq respublikalar kimi mövcud olmaları ilə şərtlənir. Yetmiş il ərzində yaşanmış önəmli tarixi məqamlar ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırıb, münasibətlərin gələcəkdə də ardıcıl inkişafına zəmin yaradıb. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.
Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Azərbaycan və Rusiya sadəcə böyük nəqliyyat layihələri həyata keçirmir. Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir. İkitərəfli münasibətlərdə, əlbəttə ki, regional təhlükəsizlik məsələləri hər zaman xüsusilə aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir və bütün qlobal və regional aktorlar da bununla hesablaşmalıdırlar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре