https://news.day.az/azerinews/1685976.html Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı yekun hesabat açıqlandı İran prezidenti İbrahim Rəisinin helikopteri mayın 19-da ölkənin şimalında Şərqi Azərbaycan əyalətində sıx duman səbəbindən təpə ilə toqquşaraq qəzaya uğrayıb.Day.Az ğlkənib yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı yekun hesabat açıqlandı

Azərbaycanca, 1 сентября 2024 18:50 (UTC +04:00) 842
Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı yekun hesabat açıqlandı

İran prezidenti İbrahim Rəisinin helikopteri mayın 19-da ölkənin şimalında Şərqi Azərbaycan əyalətində sıx duman səbəbindən təpə ilə toqquşaraq qəzaya uğrayıb.

Day.Az ğlkənib yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Helikopterin qəzaya uğramasının əsas səbəbi yaz aylarında bölgənin çətin iqlim şəraiti, yüksəkliyə qalxarkən qəfil qalın duman kütləsinin əmələ gəlməsi və helikopterin dağla toqquşması olub", - qurumun yekun hesabatında deyilir.

Qeyd edək ki, göyərtəsində İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopter bu il mayın 19-da İran ərazisində qəzaya uğrayıb. Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs qəzada həlak olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости