Bu hərəkəti edənləri 2500 manatadək məbləğdə cərimə gözləyir

Odla ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə görə iki min beş yüz manatadək məbləğdə cərimə müəyyən edilir.

Day.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Məcəlləyə təklif edilən yeni -253.6-cı maddəyə əsasən, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.