Azərbaycanda yüksək vəzifəli şəxsin oğlu faciəli şəkildə öldü

Zərdabda balıqçı faciəvi şəkildə ölüb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini Murad Cümşüdlü Zərdab rayonu ərazisində balıq tutarkən bədbəxt hadisə ilə üzləşib.

Belə ki, o, su kanalına yıxılaraq boğulub.

Bildirilir ki, vəfat edən şəxs Tərtər RQİİ-nin Zərdab rayon Qaz idarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur.

Faktla bağlı araşdırma aparılır.