https://news.day.az/azerinews/1702693.html Ərdoğandan Azərbaycanla bağlı MÜHÜM QƏRAR Türkiyə hökumətinin qərarı ilə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayan ölkələrdən bəzi növ plastik məmulatların idxalına gömrük rüsumları artırılıb. Bu məsələdə yalnız Azərbaycan üçün istisna edilib.

Ərdoğandan Azərbaycanla bağlı MÜHÜM QƏRAR

Azərbaycanca, 30 октября 2024 14:49 (UTC +04:00) 458
Ərdoğandan Azərbaycanla bağlı

Türkiyə hökumətinin qərarı ilə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayan ölkələrdən bəzi növ plastik məmulatların idxalına gömrük rüsumları artırılıb. Bu məsələdə yalnız Azərbaycan üçün istisna edilib.

Day.Az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın idxal rejiminin dəyişdirilməsi ilə bağlı Sərəncamı Türkiyə hökumətinin rəsmi qəzetində - "Resmi Gazete"də dərc olunub.

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, gömrük rüsumlarının artırılması yerli istehsalın qorunması və stimullaşdırılması, habelə ölkənin ticarət kəsirinin azaldılması səyləri ilə bağlıdır.

Hökumətin qərarına əsasən, ÜTT-ə daxil olmayan ölkələrdən (Azərbaycan istisna olmaqla) idxal olunan plastik məmulatın bir tonu üçün 50-400 ABŞ dolları arasında əlavə rüsum tutulacaq.

Qərar dərc edildiyi andan 30 gün sonra qüvvəyə minir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости