"Həqiqəti deməyəcəyəm, axı, qızım başqa evin gəlinidir..."
Əməkdar artist Elnarə Abdullayeva qızı Xədicənin xəstəxanaya yerləşdirilməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.
Day.Az xəbər verir ki, əməkdar artist teleqraf.com-a Xədicənin səhhətinin yaxşılaşdığını deyib:
"Qızımın səhhəti yaxşıdır. Ötən gün aparıcı Nanə Ağamalıyevanın verilişindən zəng etdilər və proqrama dəvət etdilər. Mən də dedim ki, qızım narahatdır, onu xəstəxanaya aparıram. Qrip olub. Günorta olduğuna görə, verilişə çata bilmirdim. Xəstəxanadan qızımla çıxıb, avtomobilə minəndə mənə çoxlu zəng gəlməyə başladı. Qohumlar zəng vurub dedilər ki, qızın reanimasiyaya yerləşdirilib?
Mən bundan sonra heç kimə həqiqəti deməyəcəyəm. Bir hadisə olsa belə... Axı yaxşı deyil. Qızım başqa evin gəlinidir. Mən adam kimi səbəbini dedim ki, məndən inciməsinlər".
Qeyd edək ki, ötən gün Elnarə Abdullayevanın qızının virusa yoluxaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilməsi barədə xəbər yayılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре