https://news.day.az/azerinews/1703456.html Çindən gətirilən 160 elektrikli avtobus xəttə nə vaxt buraxılacaq? - "Baku Bus"dan AÇIQLAMA - VİDEO Çin istehsalı olan elektrik mühərrikli 160 avtobus noyabrın 11-dən etibarən xəttə çıxarılacaq. Day.Az bildirir ki, bunu "Baku Bus"-ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva "Xəzər Xəbər"ə müsahibəsində bildirib. 2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 ildir.

Çindən gətirilən 160 elektrikli avtobus xəttə nə vaxt buraxılacaq? - "Baku Bus"dan AÇIQLAMA - VİDEO

Azərbaycanca, 2 ноября 2024 09:11 (UTC +04:00) 436
Çindən gətirilən 160 elektrikli avtobus xəttə nə vaxt buraxılacaq?

Çin istehsalı olan elektrik mühərrikli 160 avtobus noyabrın 11-dən etibarən xəttə çıxarılacaq.

Day.Az bildirir ki, bunu "Baku Bus"-ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva "Xəzər Xəbər"ə müsahibəsində bildirib.

2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 ildir.

Elektrik avtobusu ilə yanaşı 100 ədəd şarj cihazları da alınıb.

220 elektrik avtobusu tutumuna malik, ümumi ərazisi 5,4 hektar olan Zığ avtoparkında marşrut xətlərinin monitorinq mərkəzi yaradılıb. Mərkəz vasitəsilə marşrut xətlərinin izlənməsi, qrafiki, sərnişin təhlükəsizliyini səmərəli şəkildə təmin etmək mümkün olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости