Bu yeniliklər COP29-dan sonra da davam edəcək - AÇIQLAMA
Bu gündən etibarən başlayan COP29 tədbiri ilə əlaqədar, paytaxtın bir sıra küçə və prospektərində nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq edilməkdədir. Əlavə olaraq, bəzi marşrut xətlərinin hərəkət istiqamətlərində və dayanacaq nöqtələrində də dəyişikliklər nəzərdə tutulub.
Dünya təcrübəsində bir ölkələr belə tədbirlər zamanı tətbiq edilən yeni qaydaları davamlı formada digər vaxtlarda da tətbiq edir. Bəs görəsən, nəqliyyatda edilən dəyişikliklər COP29-dan sonra da qalıcı ola bilərmi?
Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!
Day.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, bu özündə maraqlı bir eksperment ola bilər:
"Ümumiyyətlə bu günə kimi ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər zamanı sərnişindaşımanın intensivliyini təmin etmək üçün müəyyən marşrutlarda dəyişikliklər aparılıb. Bakıda keçirilən "Avroviziya", Avropa Olimpiya Oyunları, İslam Həmrəyliyi Oyunları kimi tədbirdə biz bunu müşahidə etdik. Əlbəttə, mən də düşünürəm ki, bu bir maraqlı eksperment ola bilər".
Ekspertin fikrincə, faydalı olacağı təqdirdə, bəzi marşrutlar elə yenilənmiş istiqamətdə hərəkətlərinə davam edə bilər:
"Dəyişiklik zamanı, yeni seçilən marşrut istiqamətləri əhalinin daha yaxşı və keyfiyyətli sərnişindaşımaya əlçatanlığını təmin edəcək yoxsa yox? Sözsüz ki, burada keyfiyyətdə yaxşılaşma olacaqsa, çox maraqlı olar ki, həmin marşrutların elə yenilənmiş istiqamətdə hərəkətləri davam etdirilsin. Hesab edirəm ki, bu olduqca yaxşı bir təşəbbüs olar. Amma təbii ki, onun tətbiqi birbaşa AYNA-nın planları və qərarlarından asılıdır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре