https://news.day.az/azerinews/1722189.html Bakıda mənzildə yanğın baş verib Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində mənzildə yanğın baş verib. Day.Az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğın qısa müddətdə söndürülüb:

Bakıda mənzildə yanğın baş verib

Azərbaycanca, 11 января 2025 16:32 (UTC +04:00) 1 062
Bakıda mənzildə yanğın baş verib

Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində mənzildə yanğın baş verib.

Day.Az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın qısa müddətdə söndürülüb:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 kv.m olan ikiotaqlı mənzilin bir otağında bir ədəd yataq dəsti yanıb.

Mənzil yanğından mühafizə olunub".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости