https://news.day.az/azerinews/1729149.html Məktəblərdə şagirdlərə narkotik təklif edilməsi iddiasına - RƏSMİ CAVAB Bakıda fəaliyyət göstərən məktəblərdə uşaqlara konfet görüntülü narkotik dərmanların paylanılması ilə bağlı iddialar yayılıb. Day.Az xəbər verir ki, bununla əlaqədar valideyn qruplarında çoxsaylı məlumatlar paylaşılır. İddialara əsasən, azyaşlılar ayı balası formasında olan rəngli konfetlər vasitəsilə aldadılır.

Məktəblərdə şagirdlərə narkotik təklif edilməsi iddiasına - RƏSMİ CAVAB

Azərbaycanca, 10 февраля 2025 14:20 (UTC +04:00) 790
Məktəblərdə şagirdlərə narkotik təklif edilməsi iddiasına

Bakıda fəaliyyət göstərən məktəblərdə uşaqlara konfet görüntülü narkotik dərmanların paylanılması ilə bağlı iddialar yayılıb. 

Day.Az xəbər verir ki, bununla əlaqədar valideyn qruplarında çoxsaylı məlumatlar paylaşılır.

İddialara əsasən, azyaşlılar ayı balası formasında olan rəngli konfetlər vasitəsilə aldadılır.

Məlumatlarla əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı bildirdi ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir: "Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb". 

  • Məktəblərdə şagirdlərə narkotik təklif edilməsi iddiasına
  • Məktəblərdə şagirdlərə narkotik təklif edilməsi iddiasına
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости