https://news.day.az/azerinews/1737319.html Bakıda daha bir avtomobil partladı - VİDEO Gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisində partlayış olub. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sulutəpə qəsəbəsində küçədə park halında olan minik avtomobilində güclü partlayış baş verib. Nəticədə nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb. Zərbənin təsirindən kənardakı avtomobillərə də zərər dəyib.

Bakıda daha bir avtomobil partladı - VİDEO

Azərbaycanca, 15 марта 2025 10:05 (UTC +04:00) 835
Bakıda daha bir avtomobil partladı

Gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisində partlayış olub.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sulutəpə qəsəbəsində küçədə park halında olan minik avtomobilində güclü partlayış baş verib. Nəticədə nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb. Zərbənin təsirindən kənardakı avtomobillərə də zərər dəyib.

Bildirilir ki, partlayışa avtomobildə quraşdırılmış qaz balonu səbəb olub.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın Lökbatan qəsəbəsində də qazla çalışan avtomobildə partlayış olmuş və bir nəfər xəsarət almışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости