Şizofreniya xəstələrinə dərmanlar verilmir: Təhlükə saçırlar - VİDEO

Şizofreniyadan əziyyət çəkən ana və övladı 1 il 3 aydır ki, dərmanlarını ala bilmirlər.
Day.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Goranboy rayon Qazanbulaq qəsəbə sakini Coşqun Ricai anası və qardaşı üçün lazım olan dərmanların TƏBİB tərəfindən 1 ildən artıqdır ki, verilmədiyini iddia edib.
Dediyinə görə, 63 yaşlı anası Taliyə Əliyeva və 42 yaşlı qardaşı Nurlan Ricai 19 ildir ki, şizofreniya xəstəliyindən əziyyət çəkirlər. Dövlət tərəfindən verilən dərmanları qəbul etmədikdə səhhətlərində ciddi problemlər yaşanır. Hər iki şəxs evdə əşyaları sındırır, işıq, qaz sayğaclarına müdaxilə edirlər. Qəsəbə sakini həmin dərmanların xeyli vaxtdır verilmədiyini, əvəzedicilərinin isə onlara kömək etmədiyini bildirir. Bu səbəbdən həm anasının, həm də qardaşının vəziyyəti günbəgün daha da ağırlaşır.
Coşqun Ricai bildirib ki, anası ali təhsilli olub, uzun illər müxtəlif vəzifələrdə çalışıb, qardaşı isə hərbi xidməti başa vurub geri qayıtdıqdan sonra səhhətində narahatlıqlar yaranıb. O bildirib ki, anası və qardaşı hazırda ömürlük 2-ci qrup əlildirlər.
Problemlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, məsələ araşdırılır.
Ətraflı süjetdə:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре