Azərbaycanda son yağıntılar təhlükəli hadisələrin xəbərçisidir

Yağıntılardan sonra bəzi bölgələrdə geoloji aktivlik artıb.

Day.Az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev deyib. O bildirib ki, bəzi ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunur.

O əlavə edib ki, hazırda Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri ilə birgə aidiyyəti qurumlar proseslərin inkişaf dinamikasını qiymətləndirir.

Coğrafiya institunun mütəxəssisi Ənvər Əliyev isə bildirir ki, bundan sonra ölkədə yağıntıların bol olacağı ehtimal edilir. Bu da bir sıra fəsadlara səbəb ola bilər.

Ənvər Əliyev onu da əlavə etdi ki, bu yağıntılar nəticədə Xəzər Dənizində sululuq səviyyəsini artıracaq.

Daha ətraflı videomaterialı təqdim edirik: