Azərbaycanda ən yüksək və ən aşağı maaşı onlar alır

Azərbaycanın əmək bazarında vətəndaşların aldıqları maaş fərqləri tez-tez müzakirə mövzusu olur. Bəzi sahələrdə əmək haqqı yüksək olsa da, bəzilərində aşağıdır. Bəzi insanlar öz bacarıqlarına uyğun maaş aldıqlarını düşünsələr də, bəziləri bununla razılaşmır. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, əmək məsələləri üzrə mütəxəssis Nüsrət Xəlilov hesab edir ki, əmək haqqının formalaşması işçinin təcrübəsi, səriştəsi ilə yanaşı əmək bazarında həmin işçiyə olan tələbatdan daha çox asılıdır. Dövlət büdcəsinə maliyyələşən əmək haqqı işçilərin ödənilməsinə vahid tarif cədvəli əsasında Nazirlər Kabinetinin qərarı əsasında müəyyən olunur. Özəl müəssələrdə isə əmək haqqı işçinin yerinə yetirdiyi işlərin həcminə, işin çətinliyinə görə rəhbərlik tərəfindən müəyyən olunur. 

"Əmək Məcəlləsinin 16-cı maddəsində qeyd olunur ki, işçilərə əmək prosesində dininə, irqinə, yaşına, cinsinə və sair kimi xüsusiyyətlərinə görə, ayrı seçkilik olunması qanunla qadağandır". 

İqtisadçı ekspert Elşad Məmmədov mövzu ilə bağlı qeyd edir ki, iqtisadiyyatın inkişafı ölkədə əmək haqqının formalaşmasına birbaşa təsir edir. Yüksək texnologiyalı, innovativ, sahələrin zəif inkişafı əmək bazarında bəzən balansızlıq yarada bilər.

2025-ci ilin yanvar-fevral ayına görə, ölkə üzrə orta aylıq əmək haqqı 1043 manatdır. Ən yüksək əmək haqqı mədən çıxartma sahəsində qeydə alınıb. Ən aşağı əmək haqqı isə kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı sahəsindədir.