https://news.day.az/azerinews/1757964.html Hər gün qəhvə içən xanımların diqqətinə - Sağlam qocalmanın sirri Amerika Qidalanma Dərnəyinin Orlandoda keçirilən illik toplantısında təqdim olunan yeni araşdırmaya görə, gündə 1-3 fincan qəhvə içən qadınlar daha sağlam yaşlanma meyilləri göstərirlər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Toronto Universitetindən Dr.

Hər gün qəhvə içən xanımların diqqətinə - Sağlam qocalmanın sirri

Azərbaycanca, 5 июня 2025 03:34 (UTC +04:00) 490
Hər gün qəhvə içən xanımların diqqətinə

Amerika Qidalanma Dərnəyinin Orlandoda keçirilən illik toplantısında təqdim olunan yeni araşdırmaya görə, gündə 1-3 fincan qəhvə içən qadınlar daha sağlam yaşlanma meyilləri göstərirlər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Toronto Universitetindən Dr. Sara Mahdavi rəhbərlik etdiyi araşdırma nəticəsində məlum olub ki, 50 yaşlarında olan və mütəmadi qəhvə içən qadınların xroniki xəstəliklərə tutulma riski qəhvə içməyənlərlə müqayisədə daha azdır. Bununla yanaşı, bu qadınlar bilişsel, fiziki və psixoloji cəhətdən də daha sağlam yaşlanırlar.

Təxminən 47 min qadının məlumatlarının təhlil olunduğu araşdırmada yalnız kofeinli qəhvənin bu müsbət təsirlərə malik olduğu qeyd edilib. Kofeinsiz qəhvələr və qazlı kofeinli içkilər isə eyni faydanı göstərməyib.

Bununla belə, araşdırmaya ehtiyatla yanaşan bəzi mütəxəssislər qeyd edirlər ki, qəhvə tək amil deyil - həyat tərzi, qidalanma vərdişləri və yaşanılan ölkənin də sağlam yaşlanmaya təsiri nəzərə alınmalıdır.

Dr. Mahdavi xəbərdarlıq edir:

"Qəhvə uzunömürlülüyə töhfə verə bilər, lakin bu, möcüzə resepti deyil. Xüsusilə yüksək qan təzyiqi, ürək xəstəlikləri, narahatlıq və yuxu pozuntuları olan şəxslər qəhvə qəbuluna diqqət etməlidirlər."

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости