https://news.day.az/azerinews/1768451.html Suriyada nazirə sui-qəsd cəhdi - Şara Dəməşqi tərk etdi İyulun 18-nə keçən gecə Suriyanın keçid administrasiyasının üç lideri, o cümlədən müdafiə naziri Mərhəf Əbu Kəsranın həyatına sui-qəsd cəhdi barədə şayiələr yayılıb. Day.Az unikal-a istinadla xəbər verir ki, bu barədə "Al Mayadeen" Teleqram kanalında məlumat dərc edilib.

Suriyada nazirə sui-qəsd cəhdi - Şara Dəməşqi tərk etdi

Azərbaycanca, 18 июля 2025 09:45 (UTC +04:00) 381
Suriyada nazirə sui-qəsd cəhdi

İyulun 18-nə keçən gecə Suriyanın keçid administrasiyasının üç lideri, o cümlədən müdafiə naziri Mərhəf Əbu Kəsranın həyatına sui-qəsd cəhdi barədə şayiələr yayılıb.

Day.Az unikal-a istinadla xəbər verir ki, bu barədə "Al Mayadeen" Teleqram kanalında məlumat dərc edilib.

Kanal bildirir ki, bunun fonunda Suriya Prezidenti Əhməd əş-Şara ailəsi ilə birlikdə Dəməşqi təcili tərk edib və İdlibə köçüb.

Hadisələrin gedişatı ilə bağlı hələlik heç bir rəsmi təsdiq yoxdur.

Xatırladaq ki, İsrail və Suriya arasında qarşıdurma yaşanıb. Yəhudi dövləti Suriyanın paytaxtı da daxil olmaqla bəzi şəhərləri vurub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости