https://news.day.az/azerinews/1854006.html
Türkiyənin ilk yerli aparatı Aya göndəriləcək
Türkiyə özünün hazırladığı Ay aparatını 2027-ci ilin ilk aylarında kosmosa göndərməyi planlaşdırır. Milli.Az xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır bildirib ki, aparatın sınaqları uğurla başa çatıb və buraxılış təqvimi artıq müəyyənləşib.
Türkiyənin ilk yerli aparatı Aya göndəriləcək
Türkiyə özünün hazırladığı Ay aparatını 2027-ci ilin ilk aylarında kosmosa göndərməyi planlaşdırır.
Milli.Az xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır bildirib ki, aparatın sınaqları uğurla başa çatıb və buraxılış təqvimi artıq müəyyənləşib.
Onun sözlərinə görə, Türkiyə öz hibrid hərəkət sisteminə malik Ay aparatı ilə dərin kosmos layihələrində mühüm mərhələyə qədəm qoyacaq.
Kaçır həmçinin bildirib ki, Türkiyə Somalidə öz kosmodromunu inşa edir. Layihə tamamlandıqdan sonra ölkənin öz raketləri və kosmik aparatlarını müstəqil şəkildə kosmosa göndərməsi hədəflənir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре