https://news.day.az/azerinews/1769629.html
Bakıda əməliyyat keçirildi - Saxlanılanlar var
Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, iyulun 22-də, gecə saatlarında naməlum şəxslər 31 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyib, onun 120 manatını və 2 ədəd mobil telefonunu ələ keçirib.
Bakıda əməliyyat keçirildi - Saxlanılanlar var

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, iyulun 22-də, gecə saatlarında naməlum şəxslər 31 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyib, onun 120 manatını və 2 ədəd mobil telefonunu ələ keçirib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 3 nəfər- 22 yaşlı A.Mürsəlov, əvvəllər məhkum olunmuşlar 23 yaşlı P.İmanov və 33 yaşlı M.Mehdiyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре