https://news.day.az/azerinews/1770133.html Fransa Əsədə qarşı həbs orderini ləğv etdi Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədə qarşı çıxarılmış həbs orderini etibarsız hesab edib. Day.Az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Fransa Əsədə qarşı həbs orderini ləğv etdi

Azərbaycanca, 25 июля 2025 21:39 (UTC +04:00) 446
Fransa Əsədə qarşı həbs orderini ləğv etdi

Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədə qarşı çıxarılmış həbs orderini etibarsız hesab edib.

Day.Az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məhkəmənin açıqlamasında vurğulanıb ki, dövlət başçısının toxunulmazlıq statusu dəyişdirilə bilməz və fəaliyyətdə olan prezidentə qarşı istənilən həbs orderi istisnasız şəkildə qanunsuz sayılır.

Bununla belə, Kassasiya Məhkəməsinin sədri Kristof Sular qeyd edib ki, Əsəd artıq prezident postunu tutmadığı üçün ona qarşı yeni həbs orderləri çıxarıla bilər.

Qeyd edək ki, Kassasiya Məhkəməsi Fransada mülki və cinayət işləri üzrə ən yüksək məhkəmə instansiyasıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости