https://news.day.az/azerinews/1774739.html
Prezident İlham Əliyev: Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanlar var
Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanlar var. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun etimadnaməsini qəbul edərkən bildirib.
Prezident İlham Əliyev: Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanlar var
.jpg)
Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanlar var.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun etimadnaməsini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gələcəkdə daha da dərinləşəcəyinə əminliyini vurğuladı.
Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu dedi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре