Bakıda bu avtobuslar yenilənəcək - AYNA-dən AÇIQLAMA
Məlumdur ki, Bakının avtobus parkı sürətlə yenilənir. Bakıda ictimai nəqliyyat avtobuslarının təxminən 50 faizdən çoxu yenilənib, lakin hələ də yeni avtobus çatışmazlığı mövcuddur.
Bakının "Günəşli" qəsəbəsinin sakinləri də avtobus problemindən əziyyət çəkirlər.
Sakinlər Day.Az-a bildiriblər ki, qəsəbədən "Xalqlar dostluğu" metrostansiyasına hərəkət edən 50 nömrəli avtobus bərbad vəziyyətdədir.
Vətəndaşların sözlərinə görə, avtobuslar demək olar ki, istismar müddətini başa çatdırıblar.
"Günəşli" qəsəbə sakinlərinin şikayəti ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. AYNA-nin mətbuat xidmətinin rəhbəri Tural Orucov Day.Az-a açıqlamasında bildirdi ki, 50 nömrəli marşrutda 13 avtobus 6-8 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.
"Daşıyıcıya xəttin nizamlı fəaliyyətinin təmin edilməsi və avtobus parkının yenilənməsi ilə bağlı tapşırıq verilib. Xətt üzrə istismarda olan avtobusların mərhələli şəkildə yenilənməsi nəzərdə tutulub."
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре