https://news.day.az/azerinews/1818733.html Uşağınız niyə tez-tez qrip olur? - SƏBƏB Qış aylarında uşaqlarda yuxarı tənəffüs yolu infeksiyaları artır. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, immunitet sistemi tam formalaşmamış körpələr və məktəbəqədər yaşlı uşaqlar qrip, soyuqdəymə, bronxit və qulaq infeksiyalarına daha həssas olurlar. Qrip adətən yüksək hərarət, halsızlıq və əzələ ağrıları ilə özünü göstərir.

Uşağınız niyə tez-tez qrip olur? - SƏBƏB

Azərbaycanca, 28 февраля 2026 01:28 (UTC +04:00) 358
Uşağınız niyə tez-tez qrip olur?

Qış aylarında uşaqlarda yuxarı tənəffüs yolu infeksiyaları artır.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, immunitet sistemi tam formalaşmamış körpələr və məktəbəqədər yaşlı uşaqlar qrip, soyuqdəymə, bronxit və qulaq infeksiyalarına daha həssas olurlar. Qrip adətən yüksək hərarət, halsızlıq və əzələ ağrıları ilə özünü göstərir.

Mütəxəssislər bildirirlər ki, tez-tez xəstələnməyə təkcə soyuq hava deyil, zəif immunitet, qapalı mühit və gigiyena qaydalarına əməl olunmaması da təsir edir.

Riskləri azaltmaq üçün uşaqlara əlləri ən azı 20 saniyə sabunla yumaq vərdişi aşılanmalı, balanslı qidalanma və müntəzəm yuxu təmin edilməlidir. Mövsümə uyğun geyim, otaqların tez-tez havalandırılması, bol maye qəbulu və meyvə-tərəvəzlə zəngin qidalanma qış infeksiyalarına qarşı əsas qoruyucu tədbirlərdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости