https://news.day.az/azerinews/1838964.html Azərbaycanda 2004-2019-cu illər ərzində 300 mindən çox köçkün yeni mənzillərlə təmin olunub Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb, Milli Məclisdə 11 qanun qəbul edilib.

Azərbaycanda 2004-2019-cu illər ərzində 300 mindən çox köçkün yeni mənzillərlə təmin olunub

Azərbaycanca, 3 июня 2026 12:07 (UTC +04:00) 270
Azərbaycanda 2004-2019-cu illər ərzində 300 mindən çox köçkün yeni mənzillərlə təmin olunub

Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb, Milli Məclisdə 11 qanun qəbul edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

"Dövlətimiz tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib", - deyə komitə sədri əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости