https://news.day.az/azerinews/1840157.html Hacıqabulda baş verən yanğın söndürülüdü - FOTO - VİDEO Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Day.Az-а FHN-dən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hacıqabulda baş verən yanğın söndürülüdü - FOTO - VİDEO

Azərbaycanca, 8 июня 2026 19:08 (UTC +04:00) 329
Hacıqabulda baş verən yanğın söndürülüdü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Ağacanlı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Day.Az-а FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

 

Yanğın nəticəsində 15 hektar sahədə kol-kos yanıb.

Ətraf ərazilər, o cümlədən ərazidən keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.

  • Hacıqabulda baş verən yanğın söndürülüdü
  • Hacıqabulda baş verən yanğın söndürülüdü
  • Hacıqabulda baş verən yanğın söndürülüdü
  • Hacıqabulda baş verən yanğın söndürülüdü
  • Hacıqabulda baş verən yanğın söndürülüdü
  • Hacıqabulda baş verən yanğın söndürülüdü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости