https://news.day.az/azerinews/1840829.html Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyx Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub: "Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyx Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb

Azərbaycanca, 11 июня 2026 17:39 (UTC +04:00) 675
Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyx Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Azərbaycanın Fələstin məsələsinə göstərdiyi prinsipial dəstəyə, həmçinin ölkələrimiz arasında qarşılıqlı hörmət, həmrəylik və əməkdaşlıq əsasında formalaşmış davamlı dostluq münasibətlərinə görə dərin minnətdarlığımı bildirirəm.

Qarşılıqlı maraqlarımıza və dost xalqlarımızın rifahına xidmət etmək məqsədilə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsinə, həmçinin bütün sahələr üzrə əməkdaşlığın və əlaqələndirmənin genişləndirilməsinə sadiqliyimizi bir daha təsdiq edirik.

Zati-aliləri, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq arzulayır, Sizə ən yüksək ehtiramımı bildirirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости