Xırdalanda Dost Mərkəzinin yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB
Abşeron rayonunun Gənclər şəhərciyində qeydə alınan yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb.
Day.Az xəbər verir ki, nazirliyin məlumatına görə, yanğın DOST Mərkəzinin binasında deyil, əraziyə yaxın məişət tullantılarının toplandığı sahədə baş verib.
Bildirilib ki, hadisə yerinə cəlb olunan yanğınsöndürən qüvvələr tərəfindən alov qısa müddətdə nəzarətə götürülərək tam söndürülüb.
FHN qeyd edib ki, yanğın nəticəsində DOST Mərkəzinin binasına hər hansı ziyan dəyməyib. Hadisənin başvermə səbəbləri araşdırılır.
XXX
13:10
Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzinin yaxınlığında yanğın başlayıb.
Day.Az xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Qeyd edək ki, keçən ilin avqust ayında da həmin Mərkəzdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xırdalan şəhərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirlir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре