https://news.day.az/azerinews/1841558.html Bu il məşğulluqla təmin edilən əhalinin sayı açıqlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-may aylarında 170,1 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Bu il məşğulluqla təmin edilən əhalinin sayı açıqlanıb

Azərbaycanca, 15 июня 2026 15:30 (UTC +04:00) 308
Bu il məşğulluqla təmin edilən əhalinin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-may aylarında 170,1 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, onlardan 65 min şəxs münasib işlərlə təmin olunub, 322 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

7,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 97,5 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

 

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Onlardan 189 min şəxs münasib işlərlə təmin olunub, 16,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

2025-ci ildə 18,4 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 343 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости