https://news.day.az/azerinews/1841825.html Son bir ildə Azərbaycanda internetin artım sürəti AÇIQLANIB Son bir ildə Azərbaycanda sabit genişzoalqlı internetin sürəti 16%, mobil internetin sürəti isə 31%-dək artıb. Bu barədə İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Son bir ildə Azərbaycanda internetin artım sürəti AÇIQLANIB

Azərbaycanca, 16 июня 2026 16:29 (UTC +04:00) 303
Son bir ildə Azərbaycanda internetin artım sürəti

Son bir ildə Azərbaycanda sabit genişzoalqlı internetin sürəti 16%, mobil internetin sürəti isə 31%-dək artıb.

Bu barədə İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Bildirilib ki, genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan "Ookla" may ayı üzrə "Speedtest Global Index" hesabatını təqdim edib.

Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,95 Mb/s, mobil internetin median sürəti isə 96,65 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 12,70 Mb/s (16,03 %), mobil internetin sürəti isə 22,82 Mb/s (30,91 %) artıb.

Paytaxtların müqayisəsinə gəlincə isə mayda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,19 Mb/s, mobil internetin median sürəti isə 117,08 Mb/s olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости