Sağlamlıq üçün ən faydalı giləmeyvələr hansılardır?

Giləmeyvələr vitaminlər, lif və antioksidantlarla zəngin olduğuna görə sağlam qidalanmanın vacib hissəsidir. Mütəxəssislərə görə, bir giləmeyvəni "ən faydalı" adlandırmaq çətin olsa da, hər növün özünəməxsus üstünlükləri var. Ən yaxşı nəticə üçün mövsümə uyğun müxtəlif giləmeyvələrdən istifadə etmək tövsiyə olunur.

Day.Az xəbər verir ki, böyürtkən güclü antioksidantları sayəsində beyin fəaliyyətini, yaddaşı və diqqəti dəstəkləyir.

Çiyələk yüksək C vitamini tərkibi ilə immuniteti gücləndirir və göz sağlamlığını qorumağa kömək edir. Moruq isə liflə çox zəngin olduğundan həzmi yaxşılaşdırır, toxluq hissini artırır və bağırsaqların normal fəaliyyətini dəstəkləyir.

Qaragilə antioksidantlarla, xüsusilə antosianlarla zəngin olduğu üçün ən faydalı giləmeyvələrdən biri hesab edilir. O, hüceyrələri zədələnmədən qoruyur, yaddaşı gücləndirə, qan təzyiqini və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edə bilər. Bundan əlavə, göyəm, qara qarağat və mərcanı da immunitet, damar və sidik yolları sağlamlığı üçün faydalı giləmeyvələr sırasındadır.