https://news.day.az/azerinews/1841962.html 5 yaşlı uşaq avtomobilin baqajında kilidli qaldı Türkiyədə yeni alınan avtomobilin baqajına xəbərsiz daxil olan 5 yaşlı uşaq təsadüfən içəridə kilidli qalıb. Day.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə Şanlıurfada baş verib.

5 yaşlı uşaq avtomobilin baqajında kilidli qaldı

Azərbaycanca, 17 июня 2026 11:36 (UTC +04:00) 294
5 yaşlı uşaq avtomobilin baqajında kilidli qaldı

Türkiyədə yeni alınan avtomobilin baqajına xəbərsiz daxil olan 5 yaşlı uşaq təsadüfən içəridə kilidli qalıb.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə Şanlıurfada baş verib.

Məlumata görə, Karaköprü rayonunun Seyrantepe məhəlləsində baş verən hadisədə oyun oynayan uşaq park halındakı avtomobilin baqajına girib və qapaq bağlanıb. Təxminən 2 saatdan sonra ailə uşağın yoxa çıxdığını anlayaraq onu axtarmağa başlayıb.

Səs gəlməsi nəticəsində uşağın baqajda olduğu müəyyən edilib. Qapını aça bilməyən ailə aidiyyatı üzrə quruma müraciət edib. Hadisə yerinə gələn xilasedicilər arxa oturacağı sökərək uşağı xilas edib.

Uşaq sağlam şəkildə ailəsinə təhvil verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости