https://news.day.az/azerinews/1842724.html Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib - FOTO Azərbaycanlı idmançı Tahir Abdullayev (21-3) UFC təşkilatı ilə müqavilə imzalayıb və UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turnirinin iştirakçısı olacaq. Yarımorta çəki dərəcəsində onun rəqibi braziliyalı Ceferson Nasimento olacaq. Tahir Abdullayev UFC ilə müqavilə imzalayan beşinci azərbaycanlı döyüşçü olub.

Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib - FOTO

Azərbaycanca, 19 июня 2026 17:23 (UTC +04:00) 324
Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib

Azərbaycanlı idmançı Tahir Abdullayev (21-3) UFC təşkilatı ilə müqavilə imzalayıb və UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turnirinin iştirakçısı olacaq. 

Yarımorta çəki dərəcəsində onun rəqibi braziliyalı Ceferson Nasimento olacaq.  

Tahir Abdullayev UFC ilə müqavilə imzalayan beşinci azərbaycanlı döyüşçü olub.

UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycanlı  təmsilçi Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci-əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Michel Pereira ilə vuruşacaq.  

Turnir çərçivəsində daha iki azərbaycanlı döyüşçü - Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onların rəqibləri uyğun olaraq braziliyalı Mateus Kamilo və ABŞ-lı Erik Nolan olacaqlar. 

Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

  • Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib
  • Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib
  • Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib
  • Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости