https://news.day.az/azerinews/1842818.html Hidayət Heydərov “Böyük Dəbilqə” turnirində görüşə çıxmadı - SƏBƏB Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyib. Day.Az xəbər verir ki,  olimpiya çempionu 1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmayıb. H.Heydərovun hansı səbəbdən yarışdan kənarda qaldığı hələlik bəlli deyil.

Hidayət Heydərov “Böyük Dəbilqə” turnirində görüşə çıxmadı - SƏBƏB

Azərbaycanca, 20 июня 2026 10:19 (UTC +04:00) 296
Hidayət Heydərov “Böyük Dəbilqə” turnirində görüşə çıxmadı

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyib.

Day.Az xəbər verir ki,  olimpiya çempionu 1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmayıb.

H.Heydərovun hansı səbəbdən yarışdan kənarda qaldığı hələlik bəlli deyil.

Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) ilkin raundlarda məğlub olublar.

Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur. Ötən gün Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости