https://news.day.az/azerinews/1842883.html Medianın İnkişafı Agentliyi bu saytlara XƏBƏRDARLIQ ETDİ - FOTO Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib.

Medianın İnkişafı Agentliyi bu saytlara XƏBƏRDARLIQ ETDİ - FOTO

Azərbaycanca, 20 июня 2026 14:00 (UTC +04:00) 398
Medianın İnkişafı Agentliyi bu saytlara

Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib.

Day.Az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, "NoComment" saytı tərəfindən "Təcili: Azərbaycanda 200 tələbə vəfat etdi", daha sonra isə "Medianews" saytı tərəfindən "Şok: Azərbaycanda 200 tələbə vəfat edib" kimi şişirdilmiş başlıqlardan istifadə edilməsi cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir.

"Media subyektlərini məlumat yayarkən "Media haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə peşəkar jurnalistika prinsiplərinə ciddi şəkildə riayət etməyə çağırırıq. Xüsusilə statistik məlumatların şərhi zamanı onların mənbəyi, metodologiyası və konteksti düzgün izah edilməlidir. Bir daha xatırladırıq ki, ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılması zamanı məsuliyyətli və peşəkar yanaşma media subyektlərinin əsas vəzifələrindən biridir", - deyə məlumatda qeyd edilib.

  • Medianın İnkişafı Agentliyi bu saytlara
  • Medianın İnkişafı Agentliyi bu saytlara
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости