Bakıda inklüziv təhsilə cəlb olunan uşaqların sayı

Bu tədris ilində paytaxtda 41 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərib.

Day.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətinin məlumatına görə, Bakı şəhəri üzrə ümumilikdə 267 şagird inklüziv təhsilə cəlb edilib:

"2025-2026-cı tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 11 məktəb (87, 88, 167, 166, 187, 109, 205, 212, 236, 247 və 279) əlavə olunub.

Ümumilikdə BŞTİ-nin tabeyindəki inkluziv sinif təşkil edilən məktəblərin sayı 41-ə çatdırılıb. 2025-2026-cı tədris ilində inklüziv siniflərə 122 sağlamlıq imkanları məhdud şagird cəlb olunub".

Məlumatda, həmçinin fərdi təhsil alan şagirdlərin də sayı açıqlanıb:

"Bu il paytaxt üzrə 827 şagird fərdi təhsil alıb BŞTİ-nin tabeliyindəki 216 təhsil müəssisəsində 827 şagird fərdi təhsil alıb.

Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır".