https://news.day.az/azerinews/1852581.html Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər? 2026-cı ilin I yarısında KOB evlərində sahibkarlara daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri ilə bağlı xidmətlər göstərilib.

Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər?

Azərbaycanca, 7 августа 2026 10:24 (UTC +04:00) 217
Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər?

2026-cı ilin I yarısında KOB evlərində sahibkarlara daha çox yükdaşımalar üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri ilə bağlı xidmətlər göstərilib.

2026-cı ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (129698 xidmət), "Azərpoçt" MMC (46020 xidmət), Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (29867 xidmət), Dövlət Gömrük Komitəsi (14481 xidmət) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (13962 xidmət) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib. Ümumilikdə cari ilin I yarısında bu beş qurum tərəfindən KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim edilib.

Sahibkarlar adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı müraciət ediblər.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində KOB evlərində (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) sahibkarlara ümumilikdə 312365 xidmət göstərilib ki, bunlardan 271996-sı G2B, 40369-u B2B xidmətlər olub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evlərində sahibkarlara biznesə başlamaq və biznesi inkişaf etdirmək üçün ümumilikdə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 400-dən çox xidmət göstərilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости