https://news.day.az/azerinews/1843198.html Müəllimlərin orta aylıq maaşı 1145 manat oldu 2025-2026-cı tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1145 manat təşkil edib.

Müəllimlərin orta aylıq maaşı 1145 manat oldu

Azərbaycanca, 22 июня 2026 12:41 (UTC +04:00) 368
Müəllimlərin orta aylıq maaşı 1145 manat oldu

2025-2026-cı tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1145 manat təşkil edib.

Day.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətinin məlumatına əsasən, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı isə 610 manat təşkil edib.

"Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin texnologiya, təsviri incəsənət, tarix, fiziki tərbiyə, musiqi fənləri üzrə (həmçinin əvvəlki illərdə sertifikasiyası keçirilmiş fənlər üzrə pedaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş) sertifikatlaşdırılması həyata keçiriləcək.

Qeyd olunan fənlər üzrə 4620 müəllimə sertifikasiyada iştirak üçün müvafiq sistem üzərindən dəvət göndərilib", - məlumatda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости