Motosikletlə baş verən qəzaların ARTMA SƏBƏBİ NƏDİR? - VİDEO
Motosikletlərin iştirakı ilə baş verən yol qəzalarının sayında artım müşahidə olunmaqdadır.
Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, qəzaların artmasında əsas səbəblər qayda pozuntularının çoxalması, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitələrinin idarə edilməsi və yüksək sürət həddinin aşılmasıdır.
Bundan başqa, bəzi çatdırılma xidmətlərinin tələskənlik və vaxt məhdudiyyəti səbəbilə sürücülərə əlavə təzyiq göstərməsi də risk faktorları arasında göstərilir.
Ekspertlər hesab edirlər ki, yol hərəkəti qaydalarına nəzarətin zəifliyi və maarifləndirmə işlərinin yetərli olmaması da bu tip qəzaların artmasına şərait yaradır.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре