https://news.day.az/azerinews/1843293.html İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Məktubda qeyd olunub:

İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanca, 22 июня 2026 16:46 (UTC +04:00) 267
İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının Müstəqillik Günü və Qurban bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Bu bayramlar münasibətilə ölkənizə və xalqınıza davamlı tərəqqi, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayıram.

İraq Kürdüstan Regionu hökumətinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyi naminə daha da möhkəmləndərilməsinə sadiqliyini bir daha təsdiqləyirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости