Maqnit fırtınası proqnozu: Yaxın günlərdə geomaqnit vəziyyət

Alimlərin və kosmik hava müşahidələrinin məlumatına əsasən, Günəşdə ötən günlərdə baş verən partlayışlara baxmayaraq, 22 iyun tarixində Yer üçün ciddi maqnit fırtınası riski gözlənilmir. Geomaqnit aktivliyin əsasən aşağı səviyyədə qalacağı bildirilir.

Day.Az xəbər verir ki, roqnozlara görə, Kp indeksi 2-3 aralığında olacaq ki, bu da zəif və ya demək olar ki, sakit geomaqnit şərait deməkdir.

Mütəxəssislər 23 və 24 iyun tarixlərində də ciddi maqnit fırtınası ehtimalının olmadığını qeyd edirlər.

Bununla yanaşı, alimlər Günəşdəki aktivliklərin daimi izlənildiyini və güclü partlayışların əvvəlcədən müəyyən edilməsi istiqamətində yeni tədqiqatların davam etdiyini bildirirlər. Bu, gələcəkdə kosmik hava hadisələrinin daha dəqiq proqnozlaşdırılmasına imkan yarada bilər.