https://news.day.az/azerinews/1843397.html Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub. Day.Az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

Azərbaycanca, 23 июня 2026 10:12 (UTC +04:00) 263
Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu

Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.

Day.Az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Mingəçevir şəhər sakini İlyas Hüseynov "Ford" markalı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı İ.Hüseynovun narkotik maddə qəbul etməsi müəyyən olunub.  Məhkəmənin qərarı ilə İ.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости