https://news.day.az/azerinews/1843870.html Bank kartlarında problem niyə baş verib? - Mərkəzi Bankdan AÇIQLAMA 24 iyun 2026-cı il tarixində "Azericard" MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bank kartlarında problem niyə baş verib? - Mərkəzi Bankdan AÇIQLAMA

Azərbaycanca, 24 июня 2026 20:23 (UTC +04:00) 403
Bank kartlarında problem niyə baş verib?

24 iyun 2026-cı il tarixində "Azericard" MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

 

"Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik müşahidə olunmur.

Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılmışdır. Bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur", - məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости