https://news.day.az/azerinews/1845011.html Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək Azərbaycan və Ermənistan vətəndaşları üçün itkin düşmüş şəxslər, eləcə də onların dəfn yerləri barədə məlumatların konfidensial qaydada (anonim şəkildə) təqdim edilməsi imkanı yaradılacaq.

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

Azərbaycanca, 30 июня 2026 12:59 (UTC +04:00) 330
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

Azərbaycan və Ermənistan vətəndaşları üçün itkin düşmüş şəxslər, eləcə də onların dəfn yerləri barədə məlumatların konfidensial qaydada (anonim şəkildə) təqdim edilməsi imkanı yaradılacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyası (ICMP) ilə əməkdaşlıq çərçivəsində keçirilən "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Dövlət Komissiyasının katibi Şərafət Həsənov bildirib.

Onun sözlərinə görə, elektron məlumat bazasına malik xüsusi sistem ICMP tərəfindən hazırlanıb.

"Təqdim olunan məlumatlardan yalnız humanitar məqsədlərlə istifadə ediləcək və məlumat verən şəxs heç bir halda məsuliyyət daşımayacaq. Məqsəd itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına töhfə verməkdir", - deyə o qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости