https://news.day.az/azerinews/1846889.html Təkaful sığortası Azərbaycanda islam maliyyəsi ekosisteminin inkişafına töhfə verəcək - AMB İslam sığortasının tətbiqi yalnız yeni sığorta xidmətinin bazara çıxarılması deyil, həm də Azərbaycanda inklüziv, dayanıqlı və beynəlxalq təcrübəyə uyğun İslam maliyyəsi ekosisteminin formalaşmasında mühüm rol oynayır. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Təkaful sığortası Azərbaycanda islam maliyyəsi ekosisteminin inkişafına töhfə verəcək - AMB

Azərbaycanca, 9 июля 2026 15:04 (UTC +04:00) 283
Təkaful sığortası Azərbaycanda islam maliyyəsi ekosisteminin inkişafına töhfə verəcək

İslam sığortasının tətbiqi yalnız yeni sığorta xidmətinin bazara çıxarılması deyil, həm də Azərbaycanda inklüziv, dayanıqlı və beynəlxalq təcrübəyə uyğun İslam maliyyəsi ekosisteminin formalaşmasında mühüm rol oynayır.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Vurğulanıb ki, maliyyə ekosisteminin inkişaf etdirilməsi Mərkəzi Bankın əsas strateji hədəflərindəndir:

"Maliyyə ekosisteminin tərkib hissəsi olan İslam maliyyəsinin, xüsusilə də İslam sığortası üzrə ekosistemin formalaşması xüsusi əhəmiyyət kəsb edir. İslam sığortasının tətbiqi maliyyə xidmətlərinin şaxələndirilməsinə, alternativ maliyyə alətlərinin əlçatanlığının artırılmasına və İslam prinsiplərinə uyğun məhsulların təqdim edilməsinə xidmət edir.

Təkaful modeli (İslam sığortası) həm fiziki şəxslər, həm də biznes subyektlərinin ehtiyaclarına uyğun sığorta məhsullarının müəyyən edilməsi, sığorta müqavilələrinin bağlanması, idarə olunması və sığorta hadisələri zamanı sığortalıların maraqlarının qorunmasını, eləcə də risklərin iştirakçılar arasında qarşılıqlı bölüşdürülməsinin islam maliyyə prinsiplərinə uyğun şəkildə təşkilini nəzərdə tutur".

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 3 mart 2026-cı il tarixində "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-yə sığorta brokeri fəaliyyəti üçün lisenziya verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости