https://news.day.az/azerinews/1846922.html Bahalı maşınını aşıran oğluna atası görün nələr DEDİ - VİDEO Türkiyədə qırmızı işıqda hərəkət qaydasını pozaraq yol-nəqliyyat hadisəsinə səbəb olan gənc yaşadığı hadisədən sonra atasının dəstəyi ilə gündəmə gəlib. Day.Az xəbər verir ki, qəzanın ardından oğlunun yanında olan ata səsləndirdiyi sözlərlə sosial şəbəkələrdə böyük rəğbət qazanıb.

Bahalı maşınını aşıran oğluna atası görün nələr DEDİ - VİDEO

Azərbaycanca, 9 июля 2026 17:13 (UTC +04:00) 269
Bahalı maşınını aşıran oğluna atası görün nələr

Türkiyədə qırmızı işıqda hərəkət qaydasını pozaraq yol-nəqliyyat hadisəsinə səbəb olan gənc yaşadığı hadisədən sonra atasının dəstəyi ilə gündəmə gəlib.

Day.Az xəbər verir ki, qəzanın ardından oğlunun yanında olan ata səsləndirdiyi sözlərlə sosial şəbəkələrdə böyük rəğbət qazanıb.

O bildirib ki, hadisədə ən sevindirici məqam insanların xəsarət almamasıdır:

"Cana yox, mala ziyan dəyib, buna şükür. Ən önəmlisi qarşı tərəfdən xəsarət alan yoxdur. Malın yeri dolar, amma canın yeri dolmaz. Qoy ürəklər yox, maşınlar sınsın".

Atanın bu yanaşması qısa zamanda sosial mediada geniş yayılıb. Bir çox istifadəçi onun hadisəyə soyuqqanlı və humanist münasibətini təqdir edərək, insan həyatının hər şeydən üstün olduğunu vurğulayıb. Digərləri isə valideynin oğluna verdiyi mənəvi dəstəyin nümunəvi davranış olduğunu qeyd ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости